İzləyiciləri məşhur müğənnini tənqid etdilər – FOTObackend

İzləyiciləri məşhur müğənnini tənqid etdilər - FOTO

Türkiyəli müğənni və aparıcı Seda Sayan son paylaşımı ilə müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, “Kanal D” ekranlarında “Gelinim Mutfakta” verilişini aparan 58 yaşlı Seda Sayan aylardır, estetik əməliyyatları ilə gündəmdədir.

Sosial media hesabını aktiv istifadə edən müğənninin “Instagram” hesabından dostları ilə son paylaşımı isə “Photoshop”dan hədsiz istifadə etməsi iddialarına səbəb olub.

İzləyiciləri fotoya “Fotodakı Seda Sayanı tapın”, “Photoshop mövzusunda Nirvanaya çatdın”, “Seda gedib, yerinə robotu gəlib” kimi şərhlər yazıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*