Jirinovski qazax xalqını təhqir etdi: “Onlar köçəri çobandırlar”backend

Jirinovski qazax xalqını təhqir etdi: "Onlar köçəri çobandırlar"

LDPR lideri Vladimir Jirinovski hesab edir ki, Qazaxıstanda bugünkü hadisələrin mənşəyini sovet vaxtlarında axtarmaq lazımdır. O, bu barədə “Exo Moskvı” radiostansiyasının efirində bildirib.

KONKRET.az-ın məlumatlna görə, Jirinovski hesab edir ki, indiki iğtişaşların mənşəyini respublikanın sovet tarixində axtarmaq lazımdır. Onun fikrincə, sovet rəhbərliyi qazaxların çoxəsrlik həyat tərzini dağıdıb: “Onlar köçəridirlər, onlarda maldarlıq yaxşı alınır. Çöllərdə, səhralarda yaşayırdılar və onlar şəhərlərə aparılırdılar. Onlar müqavimət göstərdilər, istəmirdilər, amma Xruşov qərar verib …

V.Jirinovskinin fikrincə, Qazaxıstan böhranı Nikita Xruşovun siyasətinin nəticəsi idi: “…Xruşovun əmri ilə bütün milli respublikalarda rəhbər kadrları yerli kadrlarla əvəz etməyə başlayıblar. Üstəlik, universitetlər, ilk növbədə, yalnız yerli millətin nümayəndələrini – bu halda qazaxları qəbul etməyə başlayıblar “. virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*