“Jirinovskinin vəziyyəti yaxşılaşır”.
KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Xabarovsk diyarının rəhbəri Mixail Deqtyarev bildirib. O, koronavirus diaqnozu qoyulan və fevralın əvvəlindən xəstəxanaya yerləşdirilən LDPR lideri Vladimir Jirinovski ilə zəngləşib.
“Jirinovski ilə telefonla danışdım, o, səhhətinin yaxşılaşdığını bildirdi”, – deyə Deqtyarev vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az
