Jurnalist icra başçısına məxsus restoranda döyülüb? – DİN-dən AÇIQLAMAbackend

Jurnalist icra başçısına məxsus restoranda döyülüb? - DİN-dən AÇIQLAMA

Bakıda restoranda çəkiliş edən jurnalist döyülüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda iddia edilir ki, hadisə paytaxtda fəaliyyət göstərən “Dəyirman” adlı restoranda baş verib. İlkin məlumatlara görə, jurnalist restoranında canlı yayımla çəkiliş aparan zaman ona təzyiq göstərərək sağ qolunu sındırıblar. Telefonu isə əlindən alınıb.

Məsələ ilə bağlı oxu.az Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, mövzu ilə əlaqədar aidiyyəti üzrə araşdırma aparılır.

İddialara görə, sözügedən restoran Yasamal Rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məxsusdur.

Yayılan iddialara aydınlıq gətirilməsi üçün Yasamal Rayon İcra Hakimiyyəti, eləcə də adıçəkilən “Dəyirman” restoranı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*