Kadırov qardaşı oğlunu hüquq-mühafizə orqanlarına yüksək vəzifəyə gətirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə teleqram kanalda yazıb.
O bildirib ki, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov qardaşı oğlu Həmzət Kadırovu hüquq-mühafizə orqanlarına məsul müşavir təyin edib.
“Mən əminəm ki, o, strukturlar arasında operativ qarşılıqlı əlaqənin təmin edilməsi vəzifələrinin öhdəsindən gələcək”, – deyə Kadırov yazıb.
Ondan bir müddət əvvəl Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev də Xamzat Kadırovun respublika başçısının müşaviri-köməkçisi vəzifəsinə təyin olunduğunu elan edib.
“Ona etibar edilən istənilən istiqamət dinamik inkişaf etməyə başlayır. O, Çeçenistan Respublikasının rəhbəri, Rusiya qəhrəmanı, əziz qardaşım Ramzan Axmatoviç Kadırovun əla idarəçisi və sadiq yoldaşı kimi tanınır. Həmzət Kadırov milli liderimizin ona həvalə etdiyi hər bir vəzifənin öhdəsindən uğurla gəlir”, – deyə Dudayev qeyd edib.
Məlumata görə, Çeçenistanda dövlət postlarının əksəriyyətini Ramzan Kadırovun qohumları tutur.
Xuraman Etibarlı,
KONKRET.az
