Kadırovun anası Çeçenistanda QİYAMDAN QORXURbackend

Kadırovun anası Çeçenistanda QİYAMDAN QORXUR

Kadırovun anası Çeçenistanda qiyamdan qorxur.

KONKRET.az xəbər verir ki, bu barədə Avropada yerləşən İçkeriya “Tolam” Dövlət Fondu Komitəsinin rəhbəri Cambulat Süleymanov “Azadlıq” radiosunun Qafqaz xidmətinə bildirib.

“Kadırovun anası onun müharibədə fəal iştirakına mənfi yanaşır. O, hətta bu səbəbdən oğlu ilə mübahisə edib və onun üçün tikdiyi evi tərk edib, hələlik qardaşı ilə yaşayır”,- Süleymanov deyib.

O, Çeçenistandakı mənbələrinə istinad edərək izah edib ki, Aymani Kadırovanın “pasifist” mövqeyinin səbəbi respublika sakinlərinin müharibədə mütəmadi ölümünün sosial partlayışa səbəb olacağı qorxusu ilə bağlıdır.

Belə bir ssenarinin riskləri Kadırovun silahlı qüvvələrinin əsas hissəsinin Ukraynada yerləşməsi, Çeçenistanın özündə çoxsaylı itkilər və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən narazılığın artması ilə əlaqədar olaraq artır.

Üstəlik, Kadırovun Rusiya güc elitasındakı mövqeyi indi müharibə ərəfəsində olduğundan çox müəmmalıdır. Bu, onun ordu generalları ilə (Priqojin ilə ittifaqda) kəskinləşmiş qarşıdurması ilə bağlıdır.

Bundan əlavə, Kadırovun hakimiyyət iyerarxiyasındakı statusu tamamilə Kremlin hazırkı sahibindən asılıdır və Xersonun “təslim olmasından” sonra “vətənpərvər düşərgə”dən Putindən narazılıq xeyli artıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*