Kafedə çantadan 7 min manat oğurlandıbackend

Kafedə çantadan 7 min manat oğurlandı

Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E.Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən KONKRET.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*