Kaliforniyada məktəbliləri güllələyən gənc öldübackend

Kaliforniyada məktəbliləri güllələyən gənc öldü

Noyabrın 15-də ABŞ-ın Kaliforniya ştatındakı Santa-Klarita şəhərində məktəbdə atəş açan və iki şagirdi öldürməkdə şübhəli bilinən gənc xəstəxanada ölüb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə cümə günü NBC telekanalı xəbər verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə görə, şübhəli bilinən 16 yaşlı Nataniel Berhou eyni təhsil ocağında oxuyub.

Məlumatda şübhəlinin məktəb binasında 3 şagirdi yaraladığı, 2-ni isə öldürdüyü bildirilir.

Hüquq-mühafizə orqanları gəncin hücumu əvvəlcədən planlaşdırdığını qeyd ediblər. Onun hansı motivlər əsasında hərəkət etdiyi dəqiqləşdirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*