backend

Kanada 1,5 milyon immiqrantı dəvət edir: Bu, ölkəyə nə qazandıracaq? – ARAŞDIRMA

Hər dörd kanadalıdan biri başqa ölkədə doğulub

Kanada dünyada immiqrasiyaya çox pul qoyan ölkələrdən biridir. Hökumət milsi görünməyən miqrant dalğası ilə Kanada iqtisadiyyatının işçi qüvvəsi çatışmazlığını kompensasiya etməyə ümid bəsləyir. Ancaq heç də bütün kanadalılar bu qədər əcnəbini qucaq açaraq qarşılamağa hazır deyillər.

KONKRET.az xəbər verir ki, “BBC”nin jurnalisti Robin Levinson-Kinq kanadanın immiqrasiya siyasəti ilə bağlı maraqlı araşdırma dərc edib:

“Noyabrın əvvəlində Kanadanın federal hakimiyyət orqanları möhtəşəm planlarını açıqlayıb. Gələn ilin yanvarından başlayaraq 2025-ci ilin sonuna qədər hökumət hər il 500 min immiqrant qəbul etməyi planlaşdırır. Yəni, yaxın üç ildə Kanadanın əhalisi ümumilikdə 1,5 milyon nəfər artmalıdır. Adambaşına görə bu, Böyük Britaniyanın qəbul etməyi planlaşdırdığı immiqrant sayından təxminən səkkiz dəfə və ABŞ-dakı rəqəmlərdən isə dörd dəfə çoxdur.

Kanadaya köçmək istəyənlər üçün qısa bələdçi

Bu yaxınlarda keçirilmiş ictimai rəy sorğusu göstərir ki, Kanada hakimiyyətinin planları ölkə sakinlərinin əhval-ruhiyyəsini tam əks etdirmir. Çünki onların çoxu əcnəbilərin bu cür kütləvi axınından qorxur. Artıq onilliklərdir ki, Kanada əhalisini və iqtisadiyyatını böyütmək üçün bilərəkdən yeni sakinlərin axınını təşviq edir. Eyni zamanda mühacirlərə Kanadada daimi yaşayış yeri verilsə də, onlara vətəndaşlıq təqdim edilmir. Bununla belə keçən il 405 min nəfər Kanadada yaşamaq icazəsi alıb ki, bu, ölkə tarixində ən yüksək göstərici hesab olunur.

Miqrantların qəbulu ilə bağlı səbəblər isə diqqət cəlb edir. Bir çox digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Kanadada doğum səviyyəsi durmadan azalır. Sakinlərin orta yaş həddi isə əksinə, Kanadanı təqaüdçülər ölkəsinə çevirməklə hədələyir. Bu da əmək qabiliyyətli insanların sayının azalması ilə müşahidə olunur.  Kanadada işçi qüvvəsinin artması demək olar ki, tamamilə immiqrasiya hesabına baş verir. Bu gün Kanadada hər dörd nəfərdən biri başqa ölkədəndir. Digər G7 dövlətlərində (yəni G7-nin inkişaf etmiş ölkələrində) bu rəqəm daha da aşağıdır. Mədəniyyətlərin qarışdığı və dünya mərkəzi hesab edilən ABŞ da belə immiqrantlar əhalinin cəmi 14%-ni təşkil edir. İngiltərədə də təxminən eyni rəqəm mövcuddur.

Britaniya miqrantları hansı şərtlərlə ölkəyə buraxacaq?

Böyük Britaniya yüksək əhali sıxlığına malik kiçik bir ada dövlətidir, Kanada isə böyüklüyünə görə Rusiyadan sonra ikincidir və orada cəmi 38 milyon insan yaşayır. Yəni artım üçün yer var. Britaniyalıların referendum yolu ilə Avropa İttifaqından çıxmaq qərarına gəlməsinin səbəblərindən biri də ölkə əhalisinin əhəmiyyətli hissəsinin Şərqi Avropa dövlətlərindən kütləvi şəkildə ucuz işçi qüvvəsi axınına mənfi münasibət bəsləməsi olub.

Açıq Qapı Siyasəti: Kanada niyə daha çox qaçqına ehtiyac duyur?

Son illərdə ABŞ-dan Kanada sərhədinin qeyri-qanuni keçməsi halları artıb. Lakin Kanadada immiqrasiyaya münasibət bölgələrdən asılı olaraq dəyişib.  Hökumət ildə 500,000-ə qədər miqrant qəbul etməyi planlaşdırsa da, immiqrant axını üçün öz kvotasını təyin edən  Kvebek muxtar əyaləti 50,000-dən çox insanı qarşılamağa razı olduğunu açıqlayıb. Yəni, Kanada əhalisinin demək olar ki, dörddə birinin yaşadığı Kvebek planlaşdırılan ziyarətçilərin yalnız 10%-ni qəbul etməyə hazırdır. Kvebekin baş naziri Fransua Leqault hesab edir ki, immiqrantların çoxlu axını fransızdilli regionda mövqeləri zəiflədə bilər. Bütün bunlarla yanaşı ölkə əhalisinin 10%-ni təşkil edən Toronto və Vankuverdə mənzillə bağlı vəziyyət çox ağırdır.

Kanada Leger İnstitutu və Kanada Tədqiqat Assosiasiyasının keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin dörddəüçü ilk növbədə hökumətin immiqrasiya planının mənzil və sosial xidmətlərə necə təsir edəcəyindən narahatdır. Respondentlərin demək olar ki, yarısı (49%) hesab edir ki, ildə 500 000 miqrant çox böyük rəqəmdir. Respondentlərin üçdəbiri isə (31%) isə bu planı bəyənir.

Kanada digər Qərb ölkələrindən ona görə seçilir ki, onun immiqrasiya siyasətinin əsas istiqaməti iqtisadidir. Hazırkı yaşayış icazəsi sahiblərinin yarıdan çoxu ailənin birləşmə proqramı vasitəsilə deyil, peşəkar bacarıqlarına görə ölkəyə köçə bilib. 2025-ci ilə qədər hökumət bu rəqəmin 60%-ə yüksələcəyinə ümid edir. Böyük Britaniyada isə yaşayış icazəsi alan hər dörd nəfərdən biri onu iqtisadi əsaslarla əldə edib. ABŞ-da bu rəqəm hər beş nəfərdən biridir.

Kanada öz məqsədinə çata bilərmi?

Kanada təkcə iqtisadi kateqoriyadan olan miqrantları digər ölkələrə nisbətən daha çox qəbul etmir, həm də dünyanın qaçqınlar üçün ən açıq ölkələri sırasındadır. 2021-ci ildə ölkə hakimiyyəti 20 mindən çox müraciətçiyə sığınacaq verib. Kanada həmişə iddialı immiqrasiya planlarını həyata keçirə bilməyib. Məsələn, 2021-ci ildə hökumət 59 000-ə yaxın qaçqını qəbul etməyi planlasa da, reallıqda ölkəyə 3 dəfə az qaçqın gəlib. Qeyd edək ki, bu il Ukraynadan 300-ə yaxın qaçqın Kanadaya uçub. Kanada Yayım Korporasiyasına verdiyi müsahibədə İmmiqrasiya naziri Şon Freyzer bu uğursuzluğu Covid-19 pandemiyasının nəticələri ilə əlaqələndirib. Kanada 2023-cü ilə qədər 76 min qaçqını qəbul etməyi planlaşdırır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*