Kanadanın Baş naziri Castin Trüdo ötən il 18 illik həyat yoldaşı Sofi Trüdodan boşanmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, üç övladlaeı olan Castin və Sofi Trüdo cütlüyü 18 illik evlilikdən 2 avqust 2023-cü ildə rəsmən ayrıldıqlarını elan etsələr də, bunun səbəbi indiyə qədər müəmmalı qalmışdı.
Bu günlərdə isə Kanada mediası Sofi Trüdonun uşaq cərrahı Markos Bettolli ilə münasibətdə olduğunu açıqlayıb. Bettollinin keçmiş həyat yoldaşı Ana Remonda da keçmiş ərinin yüksək təbəqədən olan bir xanımla əlaqəsinin olduğunu bəyan etmişdi.
Bettolli və keçmiş həyat yoldaşı isə 22 illik evlilikdən sonra 2020-ci ilin yanvarında ayrılıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az