Kanada Dünya Kubokuna 800 milyon dollar xərcləyəcəkbackend

Kanada Dünya Kubokuna 800 milyon dollar xərcləyəcək

Kanada hökuməti 2026-cı ilin Dünya Kubokuna ev sahibliyi etmək üçün təxminən 1,1 milyard Kanada dolları (801 milyon dollar) xərcləyəcək.

KONKRET.az xəbər verir ki, ölkə hər biri təxminən 82 milyon Kanada dollarına başa gələn 13 oyuna ev sahibliyi edəcək.

On oyun qrup mərhələsində, üçü isə pley-offun müxtəlif mərhələlərində keçiriləcək.

Ümumi xərcin təxminən 473 milyon Kanada dolları federal büdcəyə, 593 milyon Kanada dolları isə yerli büdcələrə düşəcək.

ABŞ Dünya Kuboku zamanı təkcə təhlükəsizlik tədbirlərinə 625 milyon dollar xərcləyəcəyini, üstəlik, ABŞ-nin 11 ev sahibi şəhərinin hər birinin 200 milyon dollara qədər töhfə verəcəyini bildirmişdi.

Dünya çempionatı iyunun 11-də başlayacaq, final oyunu isə iyulun 19-da Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*