Kanada Rusiyanın 316 milyon dollar pulunu BLOKLADIbackend

Kanada Rusiyanın 316 milyon dollar pulunu BLOKLADI

Ukraynanın suverenliyini pozduğuna görə Rusiyanın iqtisadi sanksiyaların tətbiqi çərçivəsində Kanadada 412 milyon Kanada dollarından çox (təxminən 316 milyon ABŞ dolları) pulu bloklanıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı sanksiyalara riayət olunmasına nəzarəti həyata keçirən Kanada Kral Atlı Polisi bildirib.

“Fevralın 24-dən iyunun 7-dək Kanadada Rusiyanın ümumilikdə təxminən 123 milyon Kanada dolları dəyərində əmlakı dondurulub və 289 milyon dollardan çox əməliyyatı dayandırılıb”,- deyə mənbə qeyd edib.

Departament vurğulayıb ki, fiziki şəxslərin məxfiliyinin qorunması zərurətini nəzərə alaraq, dondurulmuş vəsaitlər və dayandırılmış maliyyə əməliyyatları ilə bağlı heç bir təfərrüat açıqlanmayacaq.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*