Kanadada milyonlarla doza koronavirus peyvəndi ATILACAQbackend

Kanadada milyonlarla doza koronavirus peyvəndi ATILACAQ

Kanadada 13,6 milyon doza “AstraZeneca” peyvəndi məhv ediləcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, “AstraZeneca” ilə 2020-ci ildə 20 milyon doza COVID-19 vaksinin alınması ilə bağlı razılıq əldə olunub. Ancaq bu peyvəndi alanlarda qan laxtalanmasının baş verməsi səbəbindən Kanada “Pfizer-BioNTech” və “Moderna” peyvəndlərinə müraciət edib.

Nəticədə 17.7 milyon doza vaksin qalığı yaranıb.

Açıqlamaya görə, 17.7 milyon doza vaksinin bağışlanması üçün səy göstərilib, lakin tələbatın az olması və  ölkələrin peyvəndi qəbul etməməsi səbəbindən bu həyata keçirilməyib.

Qeyd edək ki, Kanadalıların təxminən 85 faizi COVID-19-a qarşı peyvənd olunub.

Fransanın “Le Monde” qəzetinin aprel ayında çıxan xəbərində son istifadə müddətinin keçdiyi 240 milyon doza peyvəndin məhv edilmək üçün Nigeriyaya göndərildiyi bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*