“Kanal13″ün aparıcısı SAXLANILDI – YENİLƏNİBbackend

"Kanal13"ün aparıcısı SAXLANILDI - YENİLƏNİB

“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs olunub.

KONKRET.az xəbər verir ki, o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə məsuliyyətə cəlb olunub.

16:28

“Kanal13″ün aparıcısı Rüfət Muradlı saxlanılıb. 

KONKRET.az xəbər verir ki, bu barədə onun dostu Bəhruz Bayramov məlumat verib.

Onun hazırda Xətai Rayon Məhkəməsinə aparıldığı deyilir.

Qeyd edək ki, bundan əvvəl “Kanal13″ün rəhbəri Əziz Orucov da saxlanılmışdı. Noyabrın 28-də Bakının Səbail Rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*