Vyetnamın cənub-şərqindəki Bin Duonq rayonunda üç mərtəbəli karaoke zalının ikinci mərtəbəsində yanğın baş verib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi yanğın zamanı 17 kişi və 15 qadın olmaqla 32 nəfərin öldüyünü açıqlayıb.
Səlahiyyətlilər bildiriblər ki, binanın içərisi taxta materiallardan olduğu üçün alov qısa müddətdə ətrafa yayılıb, qatı tüstü işçilərin və müştərilərin təxliyəsini çətinləşdirib.
İlkin təsbitlərə görə, yanğının elektrik naqillərindəki problem səbəbindən başlaya biləcəyi qeyd edilib.
Binada axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
11:59
Vyetnamın Bin Duonq əyalətində karaoke klubda yanğın baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ötən ay Hanoyda başqa bir karaoke klubda baş verən yanğında 3 yanğınsöndürən həlak olub.
İqbal Rzayev,
KONKRET.az
