Karateçimizə əri tərəfindən sürpriz – FOTObackend

Karateçimizə əri tərəfindən sürpriz - FOTO

Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışında karateçimiz İrina Zaretskaya finala çıxıb.

KONKRET.az xəbər verir ki, ukraynalı legionerimiz norveçli, serbiyalı, çinli və yaponiyalı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Onun sabah finaldakı rəqibi misirli Feryal Abdeləziz olacaq.

Yeri gəlmişkən, onun əri Aleksandr İrinaya sürpriz edib. Zaretskaya Yaponiya telekanallarından birinə müsahibə verdiyi vaxt əri peyda olub. Bu, İrinanın kövrəlməsinə səbəb olub.

Qeyd edək ki, sabah karateçilərimizdən Rafiz Həsənov da bürünc medal yarışına çıxacaq.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*