“Keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya İttifaqına qoşulacaq” – Lukaşenko – VİDEObackend

"Keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya İttifaqına qoşulacaq" - Lukaşenko - VİDEO

“Keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya İttifaqına qoşula bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko Vladimir rusiyalı jurnalist Solovyova müsahibəsində deyib. O hesab edir ki, keçmiş sovet respublikalarının əksəriyyəti Belarus və Rusiya İttifaq Dövlətinə qoşulacaq.

“Ermənistanın gedəcək yeri yoxdur. Necə düşünürsünüz, kiməsə lazımdır? Onlar artıq bunu görüblər. Azərbaycan bu sıradan çıxıb, çünki biz də çox səhvlər etmişik. Bu, ayrı söhbətdir. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Onların  qazı, nefti Türkiyədən keçir.  Qazaxıstan artıq dərs alıb. Türkmənistan, Özbəkistan və Tacikistan da, məncə, ehtiyaclarına görə, ilk növbədə, iqtisadi cəhətdən qoşulacaqlar”, – deyə Belarus prezidenti bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*