Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu – RƏSMİbackend

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu - RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

“Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*