Kəlbəcərin İstisu qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.
KONKRET.az -ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 8-də, saat 06:30-da 1985-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Burun sümüyünün sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, – deyə məlumatda bildirilir.
***
Kəlbəcərədə minik maşını çaya aşıb.
KONKRET.az APA-ya istinadən bildirir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
“Niva ” markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü E. Nadirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.