Kəlbəcərdə qəzada həlak olan hərbçiyə şəhid statusu verildibackend

Kəlbəcərdə qəzada həlak olan hərbçiyə şəhid statusu verildi

Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq Xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Əliyev Emin Eldəniz oğluna “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*