“Kəpəz” klubu baş məşqçisi Adil Şükürovla yollarını ayırıb.
KONKRET.az xəbər verir ki,bu barədə mütəxəssis özü məlumat verib.
O, öz qərarı ilə postunu tərk etdiyini açıqlayıb.
Qeyd edək ki, Premyer Liqada 4 turdan sonra xalsız olan “Kəpəz” sonuncu – 10-cu pillədə qərarlaşıb. Adil Şükürov 2023-cü ilin noyabrından bölgə təmsilçisində işləyib.(report)