“Kəpəz” Gəncədə “Neftçi”yə məğlub oldubackend

“Kəpəz” Gəncədə “Neftçi”yə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, son oyun günündə nəzərdə tutulan 2 görüşdən 1-i başa çatıb.

Gəncədə bu mövsüm ilk oyununa çıxan “Kəpəz” əzəli rəqibi “Neftçi”ni qəbul edib və 0:2 hesabı ilə uduzub.

Günün digər oyununda isə “Qarabağ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq.

16 oktyabr (bazar)

15:00. “Kəpəz” – “Neftçi” – 0:2 

Qol: Emin Mahmudov, 17, Kenni Sayef, 82

Qırmızı vərəqə: Zamiq Əliyev, 62-birbaşa qırmızı vərəqə (“Kəpəz”)

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Gəncə şəhər stadionu

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*