“Kəpəz” portuqaliyalı futbolçu transfer etdibackend

"Kəpəz" portuqaliyalı futbolçu transfer etdi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə yeni oyunçu cəlb edib.

KONKRET.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı Gəncə təmsilçisində çıxış edəcək.

Portuqaliyalı qolkiperin son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub. 25 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rojerio “Braqa” akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*