Hidrogen sulfidi istehsal edən Mpst fermentinin səviyyəsinin izlənilməsi şizofreniyanın ilkin mərhələdə belə diaqnozuna kömək edəcək.
RİKEN Beyin Tədqiqatı Mərkəzinin (Yaponiya) mütəxəssisləri beyindəki hidrogen sulfid istehsal edən Mpst fermentinin qeyri-adi dərəcədə şizofreniya ilə əlaqəli olduğunu müəyyən ediblər.
KONKRET.az bildirir ki, bir vəziyyətin diaqnozunun ən yaxşı yolu etibarlı bir biomarkerdən istifadə etməkdir. Şizofreniya üçün ən obyektiv marker qorxu reaksiyasını sınaqdan keçirməkdir. Normalda, məsələn, əvvəlcə zəif partlayış səsi eşitsək, sonra daha güclü partlayış səsindən qorxmuruq: həkimlər bunu preimpulsiv yavaşlama – prepulse inhibe (PPİ) adlandırırlar və şizofreniya xəstələri ilkin siqnaldan sonra eyni hadisəyə zəifləmiş reaksiya vermirlər, yəni PPİ göstəricisi onlarda azalıb.
