Kəskin baş-boğaz ağrısı, qızdırma və halsızlıq: Bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, çünki… – XƏBƏRDARLIQbackend

Kəskin baş-boğaz ağrısı, qızdırma və halsızlıq: Bu əlamətlər sizdə varsa, dərhal həkimə gedin, çünki... - XƏBƏRDARLIQ

Son günlər əhali arasında kəskin baş və boğaz ağrısı, qızdırma, halsızlıq kimi şikayətlər artıb. Bununla bağlı COVID-19-un mutasiyaya uğramış yeni variantının olub-olmaması da müzakirə mövzusuna çevrilib. Maraqlıdır, COVID-19 virusunun mutasiyaya uğramış yeni variantı ola bilərmi?

Mövzuya aydınlıq gətirən həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda COVID-19-la bağlı dəqiq fikir səsləndirmək üçün heç bir rəsmi göstərici mövcud deyil:

“Ümumiyyətlə, əlimizdə dəqiq statistika və göstərici olmadan COVID haqqında məlumat vermək düzgün deyil. Buna dəqiq rəqəmlər lazımdır.”

Həkimin sözlərinə görə, son həftələr insanlarda müşahidə olunan qızdırma, halsızlıq, boğaz və baş ağrısı daha çox hava şəraitinin tez-tez dəyişməsi ilə əlaqədardır:

“Havanın qeyri-sabitliyi, temperatur fərqləri orqanizmə təsir edir. Bu zaman soyuqdəymə, qrip, halsızlıq, baş ağrısı, immunitetin zəifləməsi kimi hallar baş qaldırır.”

Günay Lətifova qeyd edib ki, belə vəziyyətlərdə profilaktik tədbirlər vacibdir:

“Geyimə diqqət etmək, xəstəlik əlamətləri başlayarsa, həkim tövsiyəsi ilə müalicəyə başlamaq lazımdır. İlk növbədə bol maye qəbul etmək vacib şərtdir.”

Həkim əlavə edib ki, hazırkı klinik mənzərə əsasən mövsümi respirator infeksiyalarla bağlıdır və COVID-19-un yeni variantı barədə danışmaq üçün hələlik elmi əsas yoxdur.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*