Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə KONKRET.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: “O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, ilin əvvəlində sənətçinin ölüm xəbəri yayılmışdı.