Kılıçdaroğlu seçki qadağalarını POZDUbackend

Kılıçdaroğlu seçki qadağasını POZDU 

Türkiyənin müxalifət lideri Kamal Kılıçdaroğlu seçki qadağalarını pozaraq təşviqat kampaniyasını davam etdirib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci raundun başlamasına bir neçə saat qalmış Ərdoğanın rəqibi etibarlı şəxslər vasitəsilə təbliğat SMS-i göndərib.

“Prezidenti siz seçirsiniz. Gebzenin əyalətə çevrilməsi də referendumdur. Prezident seçildiyim zaman, altı aydan gec olmayaraq, lazımi prosedurları başa çatdıraraq Gebzeni əyalətə çevirmək üçün bir daha cəhd edəcəm”, – mesajın mətnində deyilir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*