“Kiməsə qarşı dost olmaq pisdir” – Putin AUKUS-dan ŞİKAYƏTLƏNDİbackend

"Kiməsə qarşı dost olmaq pisdir" - Putin AUKUS-dan ŞİKAYƏTLƏNDİ

“ABŞ, Böyük Britaniya və Avstraliyanın yaratdığı yeni təhlükəsizlik tərəfdaşlığı – AUKUS regional sabitliyi pozur”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Amerikanın “CNBC” telekanalına müsahibəsində deyib.

“Qeyd etdiyiniz AUKUS da daxil olmaqla bəzi blokların yaradılması, şübhəsiz ki, regional sabitliyi pozur, çünki mənim fikrimcə, bir-birinlə dost olmaq yaxşıdır, amma “kiməsə qarşı dost olmaq” – bu, pisdir. Bu, hamımızın danışdığı və hamımızın maraqlı olduğu sabitliyi pozur”, – Putin əlavə edib.

Prezident, vəziyyətin bəzi gözlənilməz ssenarilər üzrə inkişaf etməyəcəyinə və bölgədə əlavə gərginliyə səbəb olmayacağına ümidvar olduğunu söyləyib.

Xatırladaq ki, Avstraliya, Britaniya və ABŞ 15 sentyabrda yeni bir təhlükəsizlik ortaqlığı – AUKUS-u elan etdi. Razılaşmaya əsasən, Avstraliya, xüsusilə, 2036-cı ildə hazır vəziyyətə gətiriləcək ən azı səkkiz nüvə sualtı gəmisi qurmaq üçün Amerika texnologiyasından istifadə etməyi və silahlı qüvvələrini ABŞ-ın qanadlı raketləri ilə yenidən təchiz etməyi planlaşdırır./azvision.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*