“Kinder”in içərisində narkotik vasitə gizlədib satmaq istədibackend

"Kinder"in içərisində narkotik vasitə gizlədib satmaq istədi 

Tələbə həyatı uğurlarla dolu olan ingiltərəli Lusi Sirrs “Kinder” yumurtasının içərisinə qoyduğu narkotik maddə ilə yaxalanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı qız tələbə olarkən narkotik maddə istifadə etməyə başlayıb və onun aludəçisinə çevrilib. Bir müddət sonra onu almaq üçün narkotik vasitələri özü satmağa başlayan Lusi Sirrs 2018-ci ilin İyul ayında “kinder” yumurtasının içərisinə satmaq üçün yerləşdirdiyi narkotik maddə ilə saxlanılıb.

800 funt sterlinq (1800 manat) dəyərində narkotik gənc qızın həyatını qaraldıb. 5 ay öncə məhkəmə qarşısına çıxarılan gənc qıza özünü dəyişdirməsi üçün vaxt verilib. Ötən günlərdə növbəti məhkəmə keçirilib və Lusi Sirrs narkotik vasitələrdən asılılığına son qoyduğunu sübut edib. Hakim onu 21 ay həbs cəzasına məhkum edib, lakin bu cəza 2 il müddətinə təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*