Kirayə pulu ödəməmək üçün 16 il mağarada YAŞADIbackend

Kirayə pulu ödəməmək üçün 16 il mağarada YAŞADI

ABŞ-ın Yuta Ştatında kişi kirayə pulu ödəməmək üçün 16 il mağarada yaşayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Lad Bible” məlumat yayıb.

Belə ki, Daniel Şellabarger adlı şəxs 2000-ci ildə mənzil kirayəsi üçün pul axtarmaqdan yorulanda oranı tərk edib. 16 il cəmiyyətdən uzaq mağarada yaşayan Daniel bu müddət ərzində puldan istifadə etməyib.

O etiraf edib ki, pul olmasa belə yemək tapmaq asandır, çünki insanlar çox şeyi atırlar.

Daniel bildirib ki, onun üçün azadlıq böyük əhəmiyyət kəsb edir, müasir həyat isə onu çox sıxır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*