backend

Kişi dəfnindən sonra evinə qayıdıb

İndoneziyanın Şərqi Yava əyalətinin Qesikan kəndinin sakini öz dəfnindən sonra evinə qayıdıb.

KONKRET.az Asia One portalına istinadən xəbər verir ki, hər şey yol-nəqliyyat hadisəsindən sonra başlayıb.

Hadisə nəticəsində üzərində heç bir sənədi olmayan kişi dünyasını dəyişib. Kişinin meyiti tanınmaz halda olub.

Yerli polis kişinin sürdüyü motosikletin sahibini müəyyənləşdirə bilib.

40 yaşlı bənna Sunatronun ailəsinə onun öldüyü bildirilib.

Hər şeydən bixəbər Sunatro isə dəfnindən 7 saat sonra yaşadığı evin qapısını döyüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*