“Kiyevə təxminən 100 Rusiya zirehli texnikasından ibarət kolon hərəkət edir”.
KONKRET.az xəbər verir ki, Ukrayna hakimiyyəti Vışqoroddan Kiyevə təxminən 100 ədəd Rusiya zirehli texnikasından ibarət kolonun hərəkəti barədə məlumat yayıb.
“Kiyevin bəzi əraziləri partlayışlardan titrəyir”,- deyə yerli teleqram kanalları yazır. Paytaxtın Desnyanski rayonunun sakinləri tərəfindən silsilə partlayış səsləri eşidilib.
Son 10 dəqiqədə Şulyavka və Zooparkda 50-dən çox atəş və partlayış, pulemyot partlaması – Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti. İnsanlar təcili olaraq sığınacaqlara getməyə çağırılıb.
Ukrayna hakimiyyəti uşaq bağçası (Axtırka) və uşaq evinin (Vorzel) atəşə tutulduğunu bildirib. Onlar bunu hərbi cinayətlər adlandırıblar.
Xuraman Etibarlı,
KONKRET.az
