“Kiyevin süqutu mümkün reallıqdır” – Cen Psakibackend

"Kiyevin süqutu mümkün reallıqdır" - Cen Psaki

“Kiyevin süqutu mümkün reallıqdır”.

KONKRET.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib. O, rus ordusunun Kiyevə doğru sürətlə irəlilədiyini və bunun Ukrayna üçün süqutla nəticələnə biləcəyini təəssüflə qeyd edib.

“Kiyevin süqutu mümkün reallıqdır. Və biz Rusiyanın necə irəlilədiyini görməyə davam edirik, hətta yerlərdə müqavimət gördükdə belə, rus ordusu Kiyevə doğru irəliləməyə davam edir. Deməli, belə bir real ehtimal var. Mən sadəcə olaraq İndi bunun necə görünəcəyi və reaksiyamızın necə olacağı ilə bağlı fərziyyələrə girmək fikrində deyiləm”, – deyə Cen Psaki bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*