Kobi Brayantın qəzaya düşmə səbəbi açıqlandıbackend

Kobi Brayantın qəzaya düşmə səbəbi açıqlandı

Los-Anceles polisi əfsanəvi amerikalı basketbolçu Kobi Brayantın ölümü ilə bağlı araşdırma aparır.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Los Angeles Times” yayıb. Xatırladaq ki, faciə dünən yanvarın 26-da baş verib. 13 yaşlı qızı Cinna ilə birlikdə idmançı xüsusi bir vertolyotun göyərtəsində qəzaya uğrayıb. Mənbə bildirir ki, vertolyot qəzasına səbəb qatı duman ola bilər. “Həmin gün hava şəraiti uçuşlar üçün minimum standartlara cavab vermirdi. Duman o qədər sıx idi ki, hətta helikopterlərimiz də uçmurdu”, – deyə Los-Anceles Polis Departamentinin nümayəndəsi Coş Rubinşteyn bildirib. Polisin məlumatına görə, Brayantın mindiyi vertolyot çox aşağıdan uçurdu və onun sürəti 256 km/saat təşkil edirdi. Vertolyotun göyərtəsində təxminən 800 funt yanacaq olub ki, bu da qəzadan sonra yanğına səbəb olub. Daha əvvəl Milli Xokkey Liqası Kobi Bryantın ölümü ilə bağlı rəsmi bəyanat yayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*