Kobinin ölümü ilə bağlı şok gerçək ortaya çıxdı: Pilot erməni imişbackend

Kobinin ölümü ilə bağlı şok gerçək ortaya çıxdı: Pilot erməni imiş

Kobi Brayantın vertolyot qəzası və onun ölümü bütün dünyanı yasa boğub. Şok edən ölümlə bağlı gerçəklər ortaya çıxmağa başlayıb.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, NBA əfsanəsi Kobi Brayant 41 yaşında helipkopter qəzasında öldü. Helikopterdə olan Kobinin 13 yaşlı qızı Gianna Brayant da bu dünyaya gözlərini əbədi yumub. Qəza zamanı onlarla birlikdə olanların şəxsiyyətləri də məlum olub. “Orange Coast College” beysbol komandasının məşqçisi John Altobelli, qızı Alissa Altobelli, həyat yoldaşı Keri Altobelli də vertolyotun göyərtəsində olub. Komandanın köməkçi məşqçisi Christiana Mauser də helikopun içərisində imiş. Christiana Mauserin həyat yoldaşı Matt Mauser sosial mediada yayılan xəbərləri təsdiqləyib: “Gözəl bir həyat yoldaşı və ananı itirdik. Xahiş edirəm şəxsi həyatımıza hörmət edin”.

Los-Anceles polis idarəsinin açıqlamasına görə, helikopterdə 9 nəfər olub. Edilən ifadələrə görə, vertolyot çöx böyük ehtimalla pilot səhvi ucbatından qəzaya düşüb. İddiaya görə, pilot güclü duman səbəbiylə 15 dəqiqə dövrə vurub. Vertolyot qərbə, sonra cənuba doğru istiqamət alıb. Nəticədə vertolyot 298 km sürətlə dağa dəyib. Vertolyotun yerə düşdükdən sonra alovlandığı deyilir. “Cinayət yerinə çatmaq üçün 8 dəqiqə və yanğını söndürmək üçün 1 saat vaxt lazım oldu”. Los Angeles Polis İdarəsi belə deyib. İngiltərənin “The Sun” qəzeti vertolyotdakı səs yazılarını xüsusi hesabatda paylaşıb. Qeydlərə görə, 50 yaşlı pilot Ara Zobayana “çox aşağıdan uçursunuz” xəbərdarlığı edilib. Zobayanın aşağı uçması səbəbindən vertolyotun yerləşdiyi yer radardan görünə bilməyib. Zobayan xəbərdarlıqları dinləmədiyinin nəticəsi çox ağır olub. “The Armenian Report” nəşri Zoboyanın erməni mənşəli olduğunu müəyyənləşdirib. Qəzetə müsahibə verən sabiq pilot Phillipe Lesourd səs yazılarını dinlədikdən sonra “Hava çox dumanlı idi. Mərkəzdən bir xəbərdarlıq olub. Pilot hava şəraitinə məhəl qoymayıb. Gələn xəbərdarlıqlara qulaq asmayıb. Bu, hər halda yaxşı bir əlamət deyil” deyib. Əvvəlcə Kobinin həyat yoldaşı Vanessa və digər qızlarının təyyarədə olduğu iddia edilib, daha sonra bu iddia rədd edilib. Kobinin “Los Anceles Lakers”dən komanda yoldaşı Rick Foksun da vertolyotda olduğu deyilirdi. NBA oyunçuları və komandaları ölməz Kobi üçün hərəkətə keçib. “Utah Jazz”ın ulduz oyunçusu Donavan Mitchel Kobi Brayantın 24 nömrəli formasının NBA tərəfindən daha heç kəsə verilməyəcəyini təklif edib. “Dallas Mavericks”in prezidenti Mark Cuban da bu təklifi dəstəkləyib. Digər komandalardan da oxşar hərəkətlər gözlənilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*