Koçaryan jurnalistlərə ƏSƏBLƏŞDİ: “O qədər danışdınız ki, yollar bağlandı”backend

Koçaryan jurnalistlərə ƏSƏBLƏŞDİ: "O qədər danışdınız ki, yollar bağlandı"

“O qədər danışdınız ki, yollar bağlandı”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Vətəndaş müqaviləsi”nin üzvü Andranik Koçaryan jurnalistlərlə söhbətində deyib. O, Azərbaycanın Qarabağda Həkəri çayı körpüsü yaxınlığında nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

“O yoldan xəbəriniz var idi? O yolun necə istifadə edildiyini heç bilirdinizmi? O qədər danışdınız ki, o yol da bağlandı. Halbuki, o yol istifadədə idi. Siz bunu yaxşı bilirdiniz. Həmişə soruşurdunuz ki, yollar bağlıdır, bəs Qarabağa necə gedib çatırlar? Həmin o yolla gedirdilər Qarabağa, indi o da yoxdur.

Sakit olun, bütün bağlı yollar bir gün açılacaq. Açıq yollar belə, anlayış olmasa, bir gün bağlanır. Mənə “120 minlik” Qarabağ əhalisinin yerini göstərmək lazım deyil. Mən onların yerini o vaxt da bilirdim və indi də bilirəm. Onların arasında çoxlu dostlarım var”, – deyə o, jurnalistlərə əsəbləşib.

Xatırladaq ki, Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*