“Koçaryana və Sarkisyana sifariş gəlib, dövlət çevrilişi ola bilər” – Ermənistanda XAOSbackend

“Koçaryana və Sarkisyana sifariş gəlib, dövlət çevrilişi ola bilər” - Ermənistanda XAOS

“Qarabağ klanı” və qisasçı qüvvələrin Rusiya ilə sıx bağlıdır. Güman edirəm ki, Moskvadan da Koçaryan və Sarkisyana sifariş gəlib ki, danışıqlar prosesində Azərbaycanı güzəştlərə və kompromislərə məcbur etmək üçün ölkədə meydanı qızışdırın. Onların gözlərini qan örtüb”. 

KONKRET.az xəbər verir ki, bunu yenisabah-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin sədri, politoloq Qabil Hüseynli bildirib.

O, Ermənistan eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın blokundan olan deputatların kütləvi aksiyalara dair anonsu və xalqın üsyan hüququ çağırışlarını şərh edib:

“İrəvandakı revanşistlər hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiyası Ermənistan üçün ədalətli və xeyirli olmayacaq. Buna görə də Paşinyan komandasını sıxışdırırlar. Nikol Paşinyan da ölkədəki müqavimət hərəkatına istinad edərək Moskvada Azərbaycanla danışıqlarda ərazi bütövlüyünün tanınılması məsələsini gündəlikdən çıxarmağa çalışacaq. Baş nazir gündəliyi əsasən, kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması və s. kimi Azərbaycan üçün o qədər də əhəmiyyətli olmayan məsələlərə yönəldəcək”.

“Ermənistan daxilindəki bu çaxnaşmanın Paşinyanı devirməsə də, Paşinyanın əlini qüvvətləndirə biləcək. Onlar belə düşünürlər. Həmçinin hesab etmirəm ki, bu aksiyalar vəziyyəti vətəndaş müharibəsinə gətirib çıxarsın. Ermənistanda vətəndaş müharibəsi ehtimalı yoxdur, bu mümkün deyil. Çevrilişə cəhd edə bilərlər, qarşıdurmalar olacaq amma vətəndaş müharibəsini ehtimal etmirəm”, – deyə ekspert fikirlərini tamamalyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*