Koçaryandan hökumətə qarşı TƏLƏB: Ölkəni böhrandan çıxarmaq üçün BMT-dən yardım istəyinbackend

Koçaryandan hökumətə qarşı TƏLƏB: Ölkəni böhrandan çıxarmaq üçün BMT-dən yardım istəyin

“Hayastan” bloku Ermənistan hökumətindən müharibədən əziyyət çəkənlərə yardım proqramı hazırlamağı tələb edib.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, müxalifət bloku hökumətdən müharibə nəticəsində ölən, itkin və əsir düşən, yaralı və ya əlil olanların sayı haqqında tam və dəqiq məlumat istəyib.

Eyni zamanda müharibədən əziyyət çəkənlərin ailələrinə yardım göstərilməsi üçün, onların ehtiyaclarının qiymətləndirilib -qiymətləndirilmədiyi haqda sual ünvanlanıb. Büdcədən və beynəlxalq donorlardan gələn vəsaitlərin hara yönəldildiyi haqda hökumətdən hesabat tələb olunub.

Koçaryanın komandası həmçinin ölkədəki humanitar fəlakətdən xilas olmaq üçün hökumətin beynəlxalq təşkilatlardan, xüsusən də BMT-dən yardım istəyib-istəmədiyi ilə maraqlanıb.  Bildirilib ki, hökumət bütün bu məsələlərə aydınlıq gətirdikdən sonra, ictimaiyyətə geniş məlumat veriləcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*