Koçaryandan Zəngəzurda təxribat: Paşinyan hərəkətə keçdibackend

Koçaryandan Zəngəzurda təxribat: Paşinyan hərəkətə keçdi

Ermənistan hüquq-mühafizə orqanları Sünik (Zəngəzur) rayonunun Vorotan kəndinin başçısı Suren Ohancanyanın evində axtarış aparır.

KONKRET.az xəbər verir ki, bu barədə Ohancanyanın özü məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları məhkəmənin icazəsini göstəriblər. Hazırda onun evindədirlər.

Bundan əvvəl İrəvan yurisdiksiya məhkəməsi son seçkilərdə vətəndaşları sabiq prezident Robert Koçaryanın “Hayastan” blokuna səs verməyə məcbur etmək ittihamı ilə Qaraxunc (Gorus) kəndinin başçısı Lusina Avetyanın həbs edilməsi barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən erkən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*