Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdibackend

Kofe aparatı alışdı, Bakıya uçan təyyarə təcili eniş etdi

Rusiyada təyyarə salonundakı tüstü detektorunun işə düşməsinə görə həyəcanlı anlar yaşanıb.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Life” nəşri məlumat yayıb. Qeyd edilib ki, tüstülənmə qəhvə hazırlayan cihazda baş verib. Pilotlar təyyarəni Ufada endirməyə məcbur olublar.

Qeyd edilib ki, Tümendən Bakıya uçan Boeing 737-500 təyyarəsi Roşino hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra “Pan-Pan” siqnalı verib.

Həmin anda stüardessalar təyyarənin arxa hissəsindəki mətbəxdə qəhvə hazırlamağa başlayıblarmış: “İlkin məlumatlara görə, həyəcan siqnalına səbəb qəhvə maşınının qoruyucu qutusundan gələn qoxu olub”.

Təyyarənin əvvəlcə Çelyabinskdə təcili eniş etməsi planlaşdırılırmış. Lakin pilotlar bunu edə bilməyiblər. “Boeing” sonda Ufada eniş edib. Bir müddət sonra təyyarə uçuşunu davam etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*