“Köhnə patefon vallarını xatırladır” – Etibar Əliyev Arif Hacılıya cavab verdibackend

“Köhnə patefon vallarını xatırladır” - Etibar Əliyev Arif Hacılıya cavab verdi

Millət vəkili Etibar Əliyev Müsavat partiyasının başqanı Arif Hacılının Kəlbəcərdə şəhid olan jurnaslistlərin ölümündə hakimiyyəti, Müzəffər Ali Baş Komandanı günahlandırmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, Etibar Əliyev Arif Hacılını rəhbərlik etdiyi partiyanı “yola verməkdə” ittiham edib:

“Allahdan şəhid olmuş qardaşlarımıza Rəhmət diləyirəm. Təəsüflər olsun ki, bəzi siyasi oyunbazlar bu dəhşətli olaydan sui-istifadə etməyə çalışırlar. Konkret olaraq Arif  Hacılın adı gələndə mərhum  Vurğun Əyyubun bir fikri yadıma düşür:  “Arif Hacılı üç səslə Musavat başqanı seçilib.”

Adam elə 3 səslə də özünü İsa Qəmbərin dəstəyi ilə başqan elan edərək “partiyanı” yola verir. Üç səslə seçilmiş bir adamı hələ danışıqlara dəvət edirlər. Onunla söhbətlər aparırlar.  Bunun nə mənası var? Arif Hacılı kimi “siyasətçi”lər köhnə patefon vallarını xatırladırlar. 1988-1993 ci illərdə səsləndirdikləri fikirlərləri ilə indiki fikirləri arasında elə bir prinsipal fərq yoxdur. İnsan dəyişməyə qadir olan varlıqdır. Bunlar dəyişə bilmirlər. 44 günlük vətən müharibəsində 30 il işğal altında qalan torpaqlarımızı  İlham Əliyevin sərkərdəlik və əsl siyasi xadim qabiliyyətləri hesabına düşməndən azad etdik.

Dövlətimizin başçısı informasiya müharibəsində təkbaşına qələbə çaldı. Bundan yalnız qürur duymaq lazımdır. Bu xarakteri, əzmkarlığı, qətiyyəti, şücaəti məktəb şagirdlərindən tutmuş, bütün dünya bilir. Di gəl ki, Arif Hacılı kimi darqursaqlar Zəfəri anlamaq gücündə deyillər. Şəxsiyyətə dəyər vermək gücündə deyillər…Artıq Azərbaycan xalqını dünyada Qalib xalq kimi qəbul edirlər. Hakimiyyət hərsliyi Hacılı kimi adamları  rəzil duruma salıb.  Şair demişkən: “Patefon köhnəlib, vallar cızılıb”. Bu tiplərin danışıqları çox işlənmiş-cızılmış vallardakı səslərə bənzəyir”./Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*