İyulun 5-i saat 04:55-də Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Elnur Aydın oğlu Əskərov dəqiqləşdirilməmiş koma, hemoragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
“Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, xəstə 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alır”, – deyə məlumatda qeyd olunur.