Kondisioner düzəldərkən nərdivandan yıxılan usta xəstəxanada ÖLDÜbackend

Kondisioner düzəldərkən nərdivandan yıxılan usta xəstəxanada ÖLDÜ

Mingəçevirdə kondisioner düzəldərkən nərdivandan yıxılan usta xəstəxanada öldü.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə fərdi təsərrüfatlardan birində ehtiyatsızlıq nəticəsində baş verib.

1973-cü il təvəllüdlü Nəbiyev Samir Süleyman oğlu evlərdən birində kondisioner quraşdırarkən müvazinətini itirərək yerə çırpılıb. Ağır kəllə-beyin travması alan yaralı xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin cəhdinə baxmayaraq, ustanın həyatını xilas etmək mümkün olmayıb. Samir Nəbiyev axşam saatlarında xəstəxanada keçinib.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*