KONKRET.az portalının əməkdaşı təltif olundu – FOTOLARbackend

KONKRET.az portalının əməkdaşı təltif olundu - FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının tədbiri keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, qurum 10 illik yubileyi və ilin yekunları ilə bağlı tanınmış media nümayəndələri ilə görüş keçirib.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi İdarə Heyətinin sədri Əsgər Ömərov, “Xəbər Agentliyi” ASC İdarə Heyəti sədrinin birinci müavini Rinat Kertayev, “TRT” Televiziya Kanalının Qazaxıstandakı nümayəndəliyinin direktoru Mehmet Çalışkan, “Qazaxıstan” milli telekanalından Jalqas Sadibekulı, “Türküstan” qəzetinin baş redaktoru Kuat Auesbay, Tətbiqi Etnopolitik Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev, “Qazaxıstan tarixi” portalının direktoru Arman Süleymenov, KONKRET.az saytının Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri İldırım Musayev, eləcə də digər türk dünyasının bir sıra kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Yığıncaqda təşkilatın rəhbəri Darhan Kıdıralı Türk Akademiyası tərəfindən bu il görülən işlər barədə ətraflı məlumat verib, Akademiyanın 10 ildə qazandığı uğurlardan bəhs edib.

Bundan əlavə, Türk Akademiyasının işi ilə tanış olan iştirakçılar təşkilatın gələcək planları barədə fikir mübadiləsi aparıblar və onların sualları cavablandırılıb.

Tədbirin sonunda KİV nümayəndələri türk dünyasının nailiyyətlərinin populyarlaşdırılmasına və informasiya sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə fəxri fərman və təşəkkür məktubları ilə təltif olunublar.

KONKRET.az portalının Qazaxıstan və Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri İldırım Musayev də bu sahədə gördüyü işlərə görə Akademiyanın mükafatı ilə təltif olunub.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*