ABŞ Konqresi Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı müqaviləni təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Bu həftə Konqresin Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsi baxımından NATO qüvvələri üçün çox vacibdir”, – Cefri Fleykdən qeyd edib.
Burhan,
KONKRET.az