Braziliyada çimərlik tətili yeniyetmə qız üçün kabusa çevrilib. Belə ki, qız okeanda çimərkən köpək balığının hücumuna məruz qalıb.
KONKRET.az “REN TV“yə istinadən xəbər verir ki, hadisə martın 6-da Braziliyanın Pernambuko ştatındakı “Piedad Beach” çimərliyində baş verib.
Çoxlu qan itirən qız ətrafdakıların köməyi ilə sudan çıxarılıb.
Yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, hökumət tez-tez köpək balıqlarının hücumu səbəbindən ərazidə vətəndaşlara çimməyi qadağan edib.
Məlumata görə, hadisədən bir gün əvvəl, martın 5-də həmin çimərlikdə köpək balığı 14 yaşlı qızın ayağını dişləyib.
İqbal Rzayev,
KONKRET.az
