Aktyor nişanlısı Orlando Blumdan hamilə olan amerikalı müğənni Keti Perri koronavirus səbəbindən ona ərə getməyəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb. Bildirilir ki, iyulda Yaponiyada evlənməyə hazırlaşan cütlük hələlik bu planı təxirə salmalı olub. Məlumata görə, hətta toya 150 nəfər qonaq dəvət olunubmuş. Üstəlik toyun bəzi detalları da hazırlanıb. Ancaq Keti ilə Orlando son anda koronavirus təhlükəsi səbəbindən toyu təxirə salmaq qərarı alıblar.
Xatırladaq ki, Keti hamilə olduğunu Yaponiyada çəkdirdiyi klipində elan etmişdi.
