Koronavirusa qarşı yeni vaksin hazırlanıbbackend

Koronavirusa qarşı yeni vaksin hazırlanıb

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun (MIT) və Harvard Universitetinin Raqon İnstitutunun alimləri SARS-CoV-2 koronavirusuna qarşı yeni vaksin hazırlayıblar.

Yeni vaksin virus kimi görünən DNT hissəcikləri əsasında yaradılıb.

KONKRET.az xəbər verir ki, araşdırma “Nature Communications” elmi jurnalında dərc olunub.

Dərman virus antigeninin çoxsaylı nüsxələrini daşıyan DNT çərçivəsindən ibarətdir. Bu tip əvvəlki peyvəndlərdə zülal bazası istifadə olunurdu. Lakin zülallar bədənin müdafiə sistemini əsas məqsədindən yayındıraraq lazımsız immun reaksiya yaradır.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*