Koronavirusa yoluxan şəxslər və ya xəstəliyin əlamətlərini özündə hiss edənlər panikaya qapılmamalıdır.
KONKRET.az xəbər verir ki, eyni zamanda müəyyən olunmuş müalicə üsullarından yayınmamalıdır.
Həkim Rauf Qasımov İTV-yə deyib ki, bəzi xəstələr ilk gündən ağıla gələn-gəlməyən dərmanlar və sistemlərdən istifadə edirlər.
O hesab edir ki, bu, düzgün deyil:
“Reanimasiyaya düşən və ölən xəstələrin əksəriyyəti antibiotik və harmonal preparatları vaxtından əvvəl istifadə edənlərdir”.
