backend

Koronavirusla bağlı sevindirici xəbər 

Çinin Moskvadakı səfiri Çjan Janhuey koronavirus barədə sevindirici xəbər verib.

KONKRET.az-ın məlumatına görə,  o, bildirib ki, Çinin elm adamları koronavirus əleyhinə peyvənd hazırlayıblar. Lakin son testlər həyata keçiriləndən sonra peyvəndin istifadəsinə başlanılacaq.

Onun sözlərinə görə, ilk testlər uğurlu nəticə verib. Peyvəndin virusa qarşı effektli olduğu təsdiqini tapıb.

Diplomatın sözlərinə görə, fevral ayının sonuna qədər Çində fövqəladə hal aradan qalxacaq. Həyat əvvəlki kimi normala dönəcək. Diplomat peyvəndi ərsəyə gətirən elm adamları arasında iki rusiyalının da olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*